Avropanın ən böyük Günəş Elektrik Stansiyası Türkiyədə olacaq

2023-05-02 18:52:00

Avropanın ən böyük Günəş Elektrik Stansiyası Türkiyədə olacaq

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Avropanın ən böyük Günəş Elektrik Stansiyasının Türkiyədə istifadəyə veriləcəyi gözlənilir. 5 may tarixində Konya vilayətində 1350 MBt gücündə stansiyanın açılışı olacaq. 20 milyon kvadrat metr ərazini tutan “Karapınar” Günəş Elektrik Stansiyası “Kalyon enerji” şirkətinə məxsusdur. Stansiyanın ərazisində montaj işləri 2020-ci ilin yanvarında başlanıb.

Stansiya tam gücü ilə işə düşəcəyi zaman Türkiyənin günəş enerjisi istehsalı gücü 20% artacaqdır. GES “Kalyon Fotovoltaik” müəssisəsində istehsal edilmiş 3 256 038 ədə günəş panelindən ibarətdir. Layihəyə Britaniya hökuməti fəal maliyyə dəstəyi verib. Layihənin ümumi dəyəri 1 milyard dollar həcmində qiymətləndirlib. Bu məbləğin böyük bir hissəsini Brtianiyanın UKEF ixrac-kredit agentliyi verib.

Günəş elektrostansiyası ilkdə 3 milyard KVT elektrik enerjisi istehsal edəcək. Bu da Türkiyədə istehlak olunan elektrik enerjisinin 1 faizini təşkil edir. Stansiyanın 2 milyon nəfərə yaxın istehlakçının tələbatını ödəyəcəyi gözlənilir. Stansiyanın işə düşməsi nəticəsində ətraf mühitə 2 milyon ton zərərli maddənin atılmasının qarşısının alınacağı proqnozlaşdırılır.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.213128