Avropanın Baydendən son istəyi
2024-11-15 14:57:23
Hurriyyet.az xəbər verir ki, Avropa ölkələrinin liderləri və və avropalı məmurlar hakimiyyəti tərk edən Co Bayden administrasiyasına Ukrayna ilə bağlı son xahişlə müraciət ediblər. Onlar Donald Trampın Prezident postuna gəlməsindən əvvəl Vaşinqtonu Kiyevin mövqeyini maksimal şəkildə gücləndirməyə çağırıblar. Bu barədə "Blumberq"də dərc edilmiş materialda yazılıb.
Avropa Bayden administrasiyasından Ukraynaya daha çox silah-sursat verməyi, Kremlin əsas gəlir mənbələrinə qarşı əlavə sanksiyalar tətbiq eləməyi, Rusiyanı silah istehsalında istifadə edilən texnologiyalardan istifadə imkanlarından məhrum etməyə çağırırlar. Agentliyin yazdığına görə, bu tələblərin əksəriyyəti qeyri-formal xarakterli olub.
Hürr Tərcüman