Avropanın 4 ölkəsi Rusiyaya viza qadağası qoydu – Sentyabrın 19-dan qüvvəyə minir

2022-09-09 21:18:00

Avropanın 4 ölkəsi Rusiyaya viza qadağası qoydu – Sentyabrın 19-dan qüvvəyə minir

Sentyabrın 8-də Polşa və üç Baltik ölkəsi bu ayın sonundan Aİ vizaları olan rusiyalıların çoxunun bu ölkələrə girişinə ümumi yanaşma elan edib.

Estoniya, Latviya, Litva və Polşanın birgə bəyanatında Rusiyanın Ukraynaya səbəbsiz işğalının davam etməsi fonunda rusiyalıların əsaslı və artan axını sarıdan narahatlıq və təhlükəsizlik məsələlərindən söz açılır. Rusiya vətəndaşlarının turizm, mədəniyyət, idman və biznes məqsədilə ilə Şengen ərazisinə girişinin məhdudlaşdırılacağı qeyd olunur.

Dörd ölkə vurğulayır ki, bu, tam giriş qadağası deyil, dissidentlər, humanitar hallar üçün legitim istisnalar razılaşdırılıb. Qadağaların sentyabrın 19-dan ölkələrdə ayrı-ayrılıqda qüvvəyə minəcəyi bildirilir.

Aİ üzvləri ötən ay rusiyalı ziyarətçilərə tam giriş qadağasını qızğın müzakirə ediblər. Almaniya və Fransa belə bir addımın əks-təsir göstərəcəyini deyirdilər. Skandinaviya və Baltik ölkələri qadağan tərəfdarı kimi çıxış edirdilər.

Bəyanatda Aİ-nin avqustun 31-də blokun Rusiya ilə sadələşdirilmiş viza rejimini ləğvi qərarı alqışlanır, ilk vacib addım adlandırılır.

“Ancaq verilən viza sayını, əsasən də turist vizalarının sayını kəskin məhdudlaşdırmaq, Avropa İttifaqına və Şengen ərazisinə axın edən Rusiya vətəndaşlarının azaltmaq üçün əlavə addımlar lazımdır”, – bəyanatda vurğulanır.

Belə bir qadağaya dair ən güclü arqument odur ki, bu, müharibəyə görə rusiyalıların hamısını cəzalandırmaq deməkdir.

“Ukraynada insanların işgəncə gördüyü və qətlə yetirildiyi bir vaxtda təcavüzkar dövlətin vətəndaşlarının Aİ-də azad səyahət etməsi də qəbuledilməzdir”, – dörd ölkə birgə bəyanatında qeyd edir.

Həmçinin Aİ/Şengen ərazisinə girən Rusiya vətəndaşları arasında bu ölkələrin təhlükəsizliyinə zərbə vurmaq məqsədilə gedənlərin olduğu da vurğulanır. “Rusiya vətəndaşlarının dörddə üçü Rusiyanın Ukraynaya qarşı təcavüz müharibəsini dəstəkləyir”, – bəyanatda deyilir. \\AzPolitika.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.069168