Avropada yoluxma buna görə artır - ÜST

2021-11-25 12:27:00

Avropada yoluxma buna görə artır - ÜST

Avropada koronavirusa yoluxma hallarının artmasının ən böyük səbəbkarları peyvənd olunmamış insanlardır.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosu məlumat yayıb.

“Virusun yayılmasına əsas səbəb peyvənd olunmamış insanlardır. Peyvənd olunmaq hüququ olan hər kəsi bu fürsətdən istifadə etməyə və tam peyvənd dövrünü tamamlamağa çağırırıq. Bu, xüsusilə 60 yaş və yuxarı olan, eləcə də immuniteti zəif olan insan qrupları üçün vacibdir”, - büro bildirib.