Avropada yeni COVID-19 dalğası – Yoluxma sürətlə artır

2022-09-24 09:10:00

Avropada yeni COVID-19 dalğası – Yoluxma sürətlə artır

Havanın daha soyuq və rütubətli olduğu Şimali Avropa ölkələrində COVID-19-a yoluxma və xəstəxanaya yerləşdirilənlərin sayı artmaqdadır.

Hurriyyet.az Politico-ya istinadən xəbər verir ki, Belçika, Böyük Britaniya və Danimarkada həyəcanverici vəziyyət yaranıb.

Belçika Səhiyyə İdarəsi oktyabrın ortalarında bölgədə yeni COVID-19 dalğasının gözlənildiyini bildirib.

Son bir həftə ərzində bu ölkədə yeni koronavirusa yoluxma hallarının sayı 17%, xəstəxanaya yerləşdirilənlərin sayı isə 4% artıb.

Danimarkada da uzun müddət davam edən azalmadan sonra artım qeydə alınıb. Orada son bir həftə ərzində xəstəxanaya yerləşdirilənlərin sayı 6% artıb.

Eyni zamanda, Böyük Britaniyada həftə ərzində yeni yoluxma hallarının sayı 13%, xəstəxanaya yerləşdirilənlərin sayı isə 17% artıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.066933