Saat:08:06
Haqqımızda

Avropada "TikTok" şəbəkəsinə 530 milyon avro cərimə cəzası verildi - Səbəb

2025-05-02 16:51:27

Avropada

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, İrlandiyanın Məlumatların Müdafiəsi Komissiyası Çinin  "TikTok" sosial şəbəkəsin sahibi olan "ByteDance" şirkətini avropalı istifadəçilərin məlumatlarını Çinə verməkdə ittiham edib. Komissiyanın qərarı ilə şirkətə 530 milyon avro cərimə cəzası verilib. Komissiya qayda pozuntularını aradan qaldırmaq üçün "ByteDance" şirkətinə altı ay möhlət verib.
"TikTok" istifadəçilərinin məlumatlarının Çinin hakimiyyət orqanlarının giriş imkanı olan serverlərdə saxlanıldığı aşkar edilib. Bu isə Avropa İttifaqına mövcud olan qaydaların pozulmasıdır. Həmin qaydalara əsasən, avropalılar barəsindəki məlumatları başqa ölkələrin hakimiyyətlərinə vermək qadağandır.
"TikTok" şəbəkəsinin təmsilçiləri qərardan şikayət edəcəyini bildiriblər. Qeyd ediblər ki, Çin hakimiyyəti heç vaxt Avropa vətəndaşlarının məlumatlarını almaq tələbi ilə onlara müraciət etməyib və onlar da heç vaxt həmin məlumatları verməyiblər.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.239947