Saat:22:59
Haqqımızda

Avropada quş qripi insanlara keçdi - İlk yoluxanlar

2022-10-05 13:43:00

Avropada quş qripi insanlara keçdi - İlk yoluxanlar

İnsanın quş qripinə yoluxması ilə bağlı İspaniyada ilk, Avropada ikinci fakt qeydə alınıb

Hurriyyet.az xəbər verir ki, İspaniyada bu ölkə tarixində ilk dəfə insanın H5N1 quş qripinə yoluxması testinin müsbət nəticəsini qeydə alıb.

Testin müsbət nəticəsi ferma işçilərinin fəal müşahidəsi zamanı aşkar edilib.

İnsanın H5N1 qripinə yoluxması ilə bağlı yoxlamanın müsbət nəticəsi İspaniyada ilk, Avropada ikinci hadisədir. Avropada ilk belə hadisə 2022-ci ilin yanvarında Böyük Britaniyada qeydə alınıb.

İspaniya Heyvanların Sağlamlığının Tədqiqat Mərkəzi (CSA) bu faktı şərh edərək göstərir ki, ölkədə H5N1 qripinə həssas olan vəhşi quşların və ev quşlarının populyasiyası çox yüksəkdir və bunun iqtisadiyyata böyük təsiri ola bilər, çünki quşçuluq sektoru Krallıqda heyvandarlıq məhsulları istehsalında ikinci yeri tutur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, insanlar arasında H5N1 qripinə yoluxma nadir hallarda baş verir, lakin bu yoluxmaların ölümlə nəticələnməsi göstəricisi 60 faizə çata bilər. Bundan əlavə, son illərdə insanlar və quşlar arasında yoluxmanın kəskin artması ekspertləri narahat edir, çünki bu virus daha yaxşı yayılmaq üçün mutasiyaya uğrayır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR