“Avropada qazın min kubmetri 4000 dollardan baha satıla bilər”, “Odun toplayırlar” – “Qazprom”un direktoru səbəbin sanksiyalar olduğunu deyib

2022-08-31 23:10:00

“Avropada qazın min kubmetri 4000 dollardan baha satıla bilər”, “Odun toplayırlar” – “Qazprom”un direktoru səbəbin sanksiyalar olduğunu deyib

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller təbii qaz satışının azalmasına rəğmən, bu il şirkətin gəlirlərinin ötən qışla müqayisədə mühüm dərəcədə artacağını bildirərək deyib: “Payızda və qışın ortalarında Avropa təbii qaz qiymətləri min kubmetr üçün 4000 dolları aşa bilər”.

“Qazprom”un bu il 288,1 milyard kubmetr təbii qaz istehsal elədiyini bildirən Miller deyib: “Onun 154,1 milyard kubmetri daxili azarı təmin edib, 82,2 milyard kumetri isə MDB xaricindəki ölkələrə nəql edilib”.

“Xarici  bazarlara qaz ixracındakı azalmaya baxmayaraq, hesablamalarımız “Qazprom”un gəlirinin 2022-ci ildə 2021-ci ildəkinə nisbətən xeyli yüksək olacağını göstərir”.

Miller təbii qaz bazarında mühüm dəyişikliklərin baş verdiyinə işarə vuraraq deyib: “Əvvələr də söylədiyimiz kimi, bunun səbəbləri qərbli idarəçilərin səhv qərarları və sanskiya siyasətləridir”.

Miller Avropadakı təbii qaz qiymətlərinin “ralli” yürüşü sürətilə bahalaşdığını bildirərək deyib: “Təbii qazın qiyməti müntəzəm şəkildə min kubmetr üçün 3000 dollardan yuxarı səviyyədə qalır. Payızda və qışın oğlan çağında Avropada təbii qaz qiymətləri min kubmetr üçün 4000 dolları aşa bilər”.

Miller deyib: “Avropada kömür və benzin istehlakının nə qədər kəskin şəkildə artdığını görə bilirik. Daha da maraqlı olanı yanacaq oduna tələbatın artmasıdır. Hamı yanacaq odun ehtiyatı toplamağa başlayıb. Heç kim ətraf mühitin vəziyyətini fikirləşmir. Hamı qarşıdakı qışı necə keçirəcəyini fikirləşir”.

Miller ilin ilk səkkiz ayında Rusiyanın Çinə təbii qaz nəqlini ötən ilin eyni dövrü ilə müqayisədə 60 faiz artırdığını da qeyd edib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067354