Saat:07:45
Haqqımızda

Avropa Şurasının tarixinə vurulan ləkə - ELDAR SABİROĞLU YAZIR

2024-01-29 11:29:18

Avropa Şurasının tarixinə vurulan ləkə - ELDAR SABİROĞLU YAZIR

Bu təşkilatın demokratik prinsiplərdən uzaq olduğu bir daha öz təsdiqini tapdı

Avropa Şurası bu qərarı ilə nə qədər ədalətsiz və qeyri-səmimi bir təşkilat olduğunu ortaya qoydu. İnsan hüquqlarının pozulmasını əsas gətirərək Azərbaycanı səsvermə hüququndan məhrum etmək heç də haqq və azadlıqların tərənnümçüsü anlamında qəbul edilə bilməz. AŞ-nın tarixinə bir ləkə olaraq düşən bu qətnamə göstərdi ki, demokratik prinsiplərdən uzaq olan bu təşkilat doğrudan qərəzkar bir qurummuş. Yaxın keçmişə aid onlarla misal gətirmək olar ki, qeyri-müsəlman ölkələrində insan hüquq və azadlıqları necə vəhşicəsinə tapdanıb, lakin Avropa Şurası heç səsini çıxarmayıb.

Bir xatırlatma ilə Şuranın əsl xristian məbədi olduğunu     diqqətə çatdırmaq istərdim. 2008-ci ildə Ermənistanda  küçələrə axışan etirazçı insanların üzərinə dövlətin ordu yeritməsi, silahsız kütləni gülləbaran edən Köçəryan hökumətinə qarşı nə üçün bu cür sanksiyalar tətbiq olunmadı!? Və ya Azərbaycanın nefti-qazı ilə yaşayan Gürcüstanda yaxın illərdə baş verən hüquq pozuntularına, Avropa dəyərlərinin ölkəsinə gətirilməsi uğrunda ömrünü fəda etmiş və bu gün  həbsxana həyatına düçar olmuş Mixail Saakaşvilinin taleyi heç düşündürmədi?! Budurmu Avropa Şurasının Ədaləti?! Allah kəssin belə ədaləti ki, dövlətlərə və xalqlara eyni gözlə yox, tamam fərqli bir mövqe ilə baxır.

Avropa Şurasının Azərbaycana qarşı bu cür yaramaz və  qərəzli münasibətinin pərdəarxası detallarını, gəlin, araşdırıb özümüzü yormayaq. Bunun bir adı vardır, beynəlxalq təşkilat Azərbaycanın timsalında Qafqazlarda güclü dövlətin olduğunu yaxına buraxmaq istəmir. Məsələ bax bundan ibarətdir. Odur ki, bizə qarşı hücumları kəskin həddə çatdırdı.

Eldar SABİROĞLU,

Birinci çağırış Milli Məclisin üzvü

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.257652