Avropa Rusiyaya təslim olmağı təklif edir?
Hurriyyet.az xəbər verir ki, Avropa Rusiyaya təslim olmağı təklif edir. “RİA Novosti”-nin verdiyi məlumata görə, Avropa ölkələrindən gələn bu təklifi Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Maksim Buyakeviç açıqlayıb.
Buyakeviçin sözlərinə görə, Avropa sülhə çağırış etmir; onun yeganə tələbi Moskvanın atəşkəs elan etməsidir.
"Əsasən, Macarlar istisna olmaqla, Londonun rəhbərliyi altında kollektiv Avropa Rusiyaya təslim olma şərtləri təklif edir və bundan başqa heç nə təklif etmir. Və bu, apriori olaraq hərbi əməliyyatların davam etməsini nəzərdə tutur", - deyə o bildirib.
Daha əvvəl bildirilmişdi ki, canlı yayım zamanı Rusiya Prezidenti Vladimir Putin xüsusi əməliyyat zamanı ölümlərə görə məsuliyyətlə bağlı suala "Müharibəni biz başlatmamışıq" deyə cavab verib.
NURAY
