Avropa Parlamenti Qolodomoru soyqırımı kimi tanıdı

2022-12-15 21:02:00

Avropa Parlamenti Qolodomoru soyqırımı kimi tanıdı

“Sovet diktatoru İosif Stalinin şəxsiyyətinə pərəstiş Rusiyanı terrorçuluğa zəmin yaradan dövlətə çevirdi”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Avropa Parlamentinin deputatları sovet rejiminin 1932-33-cü illərdə Ukraynada “Qolodomor” adı ilə tanınan aclıq siyasətini soyqırımı kimi tanıyıblar. Qolodomor Ukraynanın 2,2-3,9 milyon sakininin həyatına son qoyub.

Avropa Parlamentinin qətnaməsində  deyilir: “Totalitar sovet rejiminin yüksəldilməsi və sovet diktatoru İosif Stalinin şəxsiyyətinə pərəstiş Rusiyanı terrorçuluğa zəmin yaradan dövlətə çevirdi”.

Deputatlar “Qış dövründə Ukraynanın mülki enerji infrastrukturunu məqsədli şəkildə dağıdan Rusiyanın Ukrayna xalqına qarşı növbəti cinayətlərini” bir daha pisləyiblər.

Qətnamənin lehinə 507 nəfər səs verib, 17 nəfər bitərəf qalıb, 12 deputat sənədi dəstəkləməyib.

Bu yaxınlarda Bundestaqda, həmçinin İrlandiya, Moldova, Rumıniya və Çexiya parlamentlərində Qolodomor soyqırımı kimi qiymətləndirilib.

1993-cü ildən bəri 21 dövlət Qolodomoru soyqırımı hesab edir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.226344