Saat:23:47
Haqqımızda

Avropa Parlamenti onların sürücülük vəsiqələrindən məhrum edilməsini dəstəklədi

2024-02-06 21:32:46

Avropa Parlamenti onların sürücülük vəsiqələrindən məhrum edilməsini dəstəklədi

Avropa Parlamenti yol hərəkəti qaydalarının ciddi şəkildə pozulmasına, o cümlədən sürət həddinin aşılmasına və ya sərxoş vəziyyətdə maşın idarə edilməsinə görə cəzaların bütün Avropa İttifaqı (Aİ) ərazisində qüvvədə olacağı Avropa direktivi layihəsi ilə bağlı mövqeyini təsdiqləyib.

Bu barədə “Hurriyyet.Az” "Report"a istinadən xəbər verir.

Qeyd olunur ki, hazırda Aİ-də xarici ölkədə törədilən bir çox ciddi yol hərəkəti qaydalarının pozulması halları cəzasız qalır, çünki nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmə qərarı yalnız cəzanın təyin olunduğu ölkədə qüvvədədir.

Amma Aİ sürücülük vəsiqəsindən məhrumetmə qərarının bütün birlik ərazisində tətbiq olunacağı yeni qaydalar tətbiq etməklə bu vəziyyəti dəyişməyi planlaşdırır. Layihə tam təsdiqlənərsə, bu cür qayda pozuntularından sonra sürücülük vəsiqəsini vermiş Aİ üzvü birliyin digər üzvlərinə qayda pozuntusu barədə məlumat göndərilməli və onların icrasına cavabdehlik daşımalı olacaq.

Avropa Parlamentinin istəyi sürücülük vəsiqələrinin aşağıdakı ağır qanun pozuntularına görə ləğv edilməsidir: sərxoş vəziyyətdə avtomobil idarə etmək, ölümlə nəticələnən qəza törətmək və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmək.

Aİ-yə üzv dövlətlərin nümayəndələrindən ibarət Aİ Şurası ilə mövqeyin razılaşdırılması üzv dövlətlərin bu direktiv layihəsi ilə bağlı mövqelərini hazırlamasından sonra başlayacaq. 2024-cü ilin iyununda keçiriləcək Avropa Parlamentinə seçkilərdən sonra yeni qaydaların razılaşdırılması istiqamətində işlər davam etdiriləcək.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR