Avropa ölkəsindən açıqlama: “Bu tarixdən Azərbaycan bizə tam həcmdə qaz verəcək”

2022-05-13 13:26:00

Avropa ölkəsindən açıqlama: “Bu tarixdən Azərbaycan bizə tam həcmdə qaz verəcək”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, bu barədə açıqlamanı Bolqarıstanın Baş naziri Kiril Petkov ölkə parlamentindəki çıxışında verib.

2022-ci il iyulun 1-dən etibarən Azərbaycana Bolqarıstana tam həcmdə qaz tədarük eləməyə başlayacaq. Baş nazir deyib: “İyulun 1-dən etibarən Azərbaycandan tam həcmdə qaz almağa başlayacağıq”.

Petkov izah edib ki, Azərbaycanın Bolqarıstana qaz tədarük eləməsi Yunanıstanla sistemlərarası qaz kəmərinin tikintisinin başa çatmasından asılı olmayacaq. O, yaxın zamanda ABŞ qazının da Bolqarıstana çatdırılacağını qeyd edib. İyun ayında ABŞ-dan iki tanker sıxılmış qaz alınması barəsində razılaşma artıq imzalanıb.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya