Avropa ölkəsindən açıqlama: “Bizim müdafiəmiz Donbasdan başlanır”

2022-04-25 12:36:00

Avropa ölkəsindən açıqlama: “Bizim müdafiəmiz Donbasdan başlanır”

“Biz Ukraynaya silah tədarük edirik və Rusiya tankını vuran hər bir “Javelin” bizə qarşı təhdidi azaldır”

Hurriyyet.az xəbər verir ki, Rusiyanın Ukraynaya təcavüzünün qarşısını almaq üçün səfərbər olan dövlətlərdən biri bununla həm də öz ölkəsini müdafiə elədiyini bildirib.

Estoniyanın Ukraynadakı səfiri Kaimo Kuusk Rusiyanın Estoniyanı təhdid elədiyini və bu ölkəyə qarşı hərbi planlarının olduğunu bildirib. Səfir deyib: “Biz bilirik ki, Rusiyanın bizə qarşı hərbi planları var. Onlar təlimlər keçirməyi planlaşdırırlar. Ona görə də biz gözləməməliyik.

Biz Ukraynaya silah tədarük edirik və Rusiya tankını vuran hər bir “Javelin” bizə qarşı təhdidi daha da azaldır...

Biz sizi heç vaxt təkbətək qoymamağı qərara almışıq. Təcavüzün qurbanlarına çevrilən başqa dostlarımızı da tək qoymayacağıq.

Əslində biz çox praqmatikik. Biz kiçiyik, lakin demək istəyirik ki, biz kompaktıq. Biz bilirik ki, bizim müdafiəmiz Donbasdan başlanır”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya