Saat:02:52
Haqqımızda

"Avropa ölkələrinin bir qismində "Laçın yolu açıqdır" arqumentimizi eşitmək və qəbul etmək istəmirlər" - ELXAN ŞAHİNOĞLU

2023-03-23 15:07:00

"Halbuki, səfirlərimiz çalışdıqları ölkələrdə "Azərbaycanın öz ərazisində - Laçın yolunda sərhəd-keçid məntəqəsi yaratması suveren haqqıdır" təbliğatını gücləndirməlidirlər"

"Erməni saytı Laçın yolundakı etiraza görə Azərbaycanın Hollandiyadakı səfirinin bu ölkənin Xarici İşlər Nazirliyinə çağrıldığı xəbərini yayıb. Xəbərdə səfirimizin XİN-ə çağrılması "Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsinin qərarına əməl etməməsi" ilə əlaqələndirilib. Ermənistan 30 ilə yaxın müddətdə BMT-nin 4 qətnaməsini yerinə yetirməyəndə Hollandiyanı və digərlərini "qərarlar niyə yerinə yetirilmir" sualı maraqlandırmırdı. Erməni saytının yaydığı xəbərin doğru və ya yalan olduğunu söyləmək üçün Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına ehtiyac var". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloqun fikrincə, əgər bu fakt doğrudursa, Laçın yolundakı etiraza görə ilk dəfədir ki, xarici ölkələrdən birindəki səfirimiz həmin dövlətin Xarici İşlər Nazirliyinə çağrılıb: "Bu Azərbaycana qarşı artan təzyiqin yeni formasıdır. Başqaları da bu üsuldan istifadə edə bilərlər. Avropa ölkələrinin bir qismində "Laçın yolu açıqdır" arqumentimizi eşitmək və qəbul etmək istəmirlər. Halbuki, səfirlərimiz çalışdıqları ölkələrdə "Azərbaycanın öz ərazisində - Laçın yolunda sərhəd-keçid məntəqəsi yaratması suveren haqqıdır" təbliğatını gücləndirməlidirlər. Çünki bir gün sərhəd-keçid məntəqəsi yaradılanda həmin ölkələr buna hazır olmalıdırlar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR