Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Azərbaycana səfər EDƏCƏK
2025-04-03 20:08:47
(7).jpg)
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen sabah Azərbaycana səfər edəcək.
Hurriyyet.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat paylaşılıb.
Bildirilib ki, Dan Yorgensen Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 11-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 3-cü iclasında iştirak edəcək.
