Avropa İttifaqının yeni missiyası İrəvandadır – “Hərbi imkanlara malikdir”

2022-12-26 23:53:00

Avropa İttifaqının yeni missiyası İrəvandadır – “Hərbi imkanlara malikdir”

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Ermənistanda Avropa İttifaqı müşahidəçilərinin yeni texniki missiyası fəaliyyət göstərir. Bu barədə məlumatı Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan yerli İctimai Televiziyanın efirində verib.

Qruqoryan İrəvanın “öz tərəfdaşları ilə silah satın almaq və suverenliyin müdafiəsi üçün digər mexanizmləri reallaşdırılmaq məqsədi ilə əməkdaşlıq elədiyini” deyib: “Bu mexanizmlərdən biri də Avropa missiyasının Ermənistanda olmasıdır”.

Qruqoryan deyib: “Hərbi missiya olmasa da, belə imkanlara malikdir... Onlar getməyiblər”.

Qriqoryan oktyabrın 19-da Ermənistana getmiş müşahidəçilərin ölkəni tərk elədiyini, lakin onların yerinə artıq yeni texniki missiyanın gəldiyini xəbər verib. Onun sözlərinə görə, yeni missiyanın qarşısında duran məsələ - vəziyyəti qiymətləndirməkdir.

O deyib: “Onlar buradadırlar”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.143207