Avropa İttifaqının “müşahidəçilər"i yenidən ərazilərimizi izləyiblər - VİDEO
2025-02-21 12:37:42

Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş “müşahidəçilər"inin fəallığı səngimək bilmir.
Hurriyyet.az xəbər verir ki, bununla bağlı Trend-ə yeni görüntülər daxil olub.
Aİ-yə məxsus iki ədəd “Toyota” markalı avtomobildə "müşahidəçilər" Ermənistan-Azərbaycan sərhədinə yaxınlaşaraq, ərazilərimizi izləməyə başlayıblar.
"Müşahidəçilər"in fəaliyyəti Dövlət Sərhəd Xidmətinin hərbçilərinin gözündən yayınmayıb. Onların bizim ərazilərimizi izlədiyi kimi, bizim hərbçilər də onların fəaliyyətlərini diqqətlə izləyirlər.
Həmin görüntülərini təqdim edirik:
