Avropa İttifaqının gizli həbsxanalarında kimlər saxlanılır?

2022-12-10 21:59:00

Avropa İttifaqının gizli həbsxanalarında kimlər saxlanılır?

Avropa İttifaqının (Aİ) xarici sərhədlərində, sığınacaq axtaranların saxlandığı və pis rəftara məruz qaldığı gizli həbsxanaların olduğu iddia edilib.

Almaniyanın ictimai televiziya kanalı olan “ARD” və "Spiegel" jurnalının, "Lighthouse Reports", "Sky News", "Le Monde", "Domani", "SRF" və "Azadlıq" radiosu Bolqarıstan ilə birlikdə apardığı araşdırmaya əsaslanan xəbərlərdə saxlanılanların qanunsuz olaraq deportasiya edildiyi bildirilib”.

Araşdırmalara görə, bu həbsxanalardan biri Bolqarıstanda, sərhəd zastavasının ərazisində yerləşir. Dəmir barmaqlıqlarla əhatə olunmuş müvəqqəti daxmaya bənzəyən tikiliyə gizli kameralarla baxıldığı, qeydlərdə qaçqınların zibillərin arasında yerə uzanaraq saxlanıldığı, daha sonra isə avtomobillərlə başqa yerə aparıldığı bildirilir. 

Hesabatda sığınacaq axtaranların ifadələri də yer alır və onların günlərlə yeməksiz, susuz bu kazarmalarda saxlandığı, daha sonra polis tərəfindən sərhədə aparılaraq Türkiyəyə qayıtmağa məcbur edildiyi qeyd edilir. İstintaq onu da üzə çıxarıb ki, qanunsuz həbslər Aİ-nin "Frontex" sərhəd agentliyinin gözü qarşısında baş verib. 

Bildirilib ki, Bolqarıstanda sözügedən sərhəd zastavasında "Frontex"in 10 zabiti işləyir. "Human Rights Watch"un Almaniya bölməsinin direktoru Venzel Mişalski, "Frontex"in “problemin bir hissəsi” olduğunu bildirib və bu cür proseslərin qarşısını almayan zabitlərin cinayətə ortaq olacağını vurğulayıb.

"Frontex" isə öz əməkdaşlarının bölgədəki Bolqarıstan sərhəd polisini müşahidə fəaliyyətlərində dəstəklədiyini və qeyd olunan şərtlərin onlar tərəfindən müəyyən edilmədiyini müdafiə edib. \\Cebhe.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.139976