Saat:04:26
Haqqımızda

Avropa İttifaqının Çindən Ukrayna ilə bağlı tələbi

2023-03-25 17:00:00

Avropa İttifaqının Çindən Ukrayna ilə bağlı tələbi

Hurriyyet.az xəbər verir ki, “Financial Times “ nəşrinin yazdığına görə, Avropa İttifaqı Çin Xalq Respublikasının sədri Si Cinpinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmasını istəyir. Qəzet bu xəbəri avropalı məmura istinadla yayıb. Mənbənin sözlərinə görə, Avropa İttifaqı Cinpinin təkcə Putinlə deyil, həm də Zelenski ilə danışmasını təkid edir: “Çinin heç olmasa, maraq göstərməsini belə müsbət siqnal kimi qəbul edirik... Lakin biz təkid edirik və dəfələrlə təkid eləmişik ki, bu işi hər iki istiqamətdə – həm Rusiya ilə, həm də Ukrayna ilə aparsınlar”.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR