Avropa İttifaqından Laçın dəhlizi ətrafında baş verənlərə REAKSİYA

2022-12-13 12:39:00

Avropa İttifaqından Laçın dəhlizi ətrafında baş verənlərə REAKSİYA

"Avropa İttifaqı (Aİ) dekabrın 3-dən etibarən Laçın dəhlizi ətrafında baş verənlərdən xəbərdardır. Biz olayları yaxından izləyirik".

Hurriyyet.az xarici mediaya istinadən bildirir ki, bunu Avropa İttifaqının xarici siyasət məsələləri üzrə sözçüsü Peter Stano deyib. O, Aİ-nin Qarabağda mövcud olmadığını bildirib:

“Aİ-nin Qarabağda mövcudluğu yoxdur, bu, bizə vəziyyəti daha yaxşı başa düşməyə imkan verəcək. Biz açıq mənbələrdən çoxsaylı erməni və Azərbaycan xəbərlərini izləyirik, Ermənistan və Azərbaycan rəsmiləri ilə əlaqə saxlayırıq. Aİ fəaliyyətdə təmkinli olmağa və təxribatçı ritorikadan çəkinməyə çağırışlarını təkrarlayır. Aİ həmçinin ümid edir ki, Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi ilə bağlı çox ehtiyac duyulan danışıqlar nəticə verəcək və gərginliyi azaldacaq”.

sfera.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.132962