Avropa İttifaqından bəyanat: “Rusiya dünya nizamına təhdiddir”

2022-05-12 13:14:00

Avropa İttifaqından bəyanat: “Rusiya dünya nizamına təhdiddir”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Avropa Komissiyasının başçısı Ursula fon der Lyayen Rusiya Federasiyasını “dünya nizamına birbaşa təhdid” adlandırıb. O, Rusiya Federasiyasının özbaşına və zorakı beynəlxalq münasibətlər çağırışı etdiyini söyləyib.

Japoniyanın Baş naziri Fumio Kişida və Avropa Şurasının sədri Şarl Mişel ilə görüşdən sonra açıqlama verən Lyayen deyib: “Rusiynın Ukraynaya qarşı barbarcasına müharibəsi və Çin ilə narahatlıq doğuran müqaviləsi bu gün dünya nizamına birbaşa təhdiddir”.

Asiyanı çiçəkləndirmək planı

O, Avropa İttifaqının Hind və Sakit okeanları bölgəsində daha fəal rol oynamaq istədiyini bəyan edib. Xanım Lyayen bu gün Tokioda keçirilən Avropa İttifaqı-Yaponiya sammitindəki mətbuat konfransında söyləyib: “Biz öz üzərimizə regionda daha böyük məsuliyyət götürmək istəyirik, bu, bizim çiçəklənməmiz üçün çox mühümdür”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya