Avropa İttifaqında 2035-ci ildən etibarən dizel ve benzinlə işləyən avtomobillərin satışına qadağa qoyuldu

2022-06-10 14:04:00

Avropa İttifaqında 2035-ci ildən etibarən dizel ve benzinlə işləyən avtomobillərin satışına qadağa qoyuldu

Avropa Parlamenti 2035-ci ildən etibarən Aİ ölkələrində yeni benzin və dizel avtomobillərinin satışını qadağan edən hüquqi tənzimləməni dəstəkləyib.
Strasburqda keçirilən AP Baş Assambleyası Avropa Yaşıl Sazişinin bir hissəsi olan və 2030-cu ilə qədər emissiyaları ən azı 55 faiz azaltmağı hədəfləyən “55-ə uyğun” paketini müzakirə edib. AP deputatları 339 “hə”, 249 “xeyr” və 24 “bitərəf” səsi ilə avtomobillərə yeni karbon emissiya standartları gətirəcək tənzimləmə ilə bağlı mövqelərini qəbul ediblər.
Buna uyğun olaraq, 2035-ci ildən etibarən satılacaq yeni avtomobillər və yüngül ticari avtomobillər sıfır emissiyaya malik olacaq. Belə ki, qeyd olunan tarixdən etibarən Aİ ölkələrində yeni benzin və ya dizellə işləyən avtomobillər satıla bilməyəcək.
Bəzi millət vəkillərinin 2035-ci ilə qədər karbonun azaldılması hədəfini 90 faizə endirmək cəhdləri Baş Assambleya tərəfindən qəbul edilməyib. Qanunverici orqan mənsubları 2030-cu ilə qədər tullantıların azaldılması hədəfini avtomobillər üçün 55 faiz, pikap yük maşınları üçün isə 50 faiz kimi müəyyən ediblər.
Bu mərhələdən sonra AP ilə üzv dövlətlər arasında tənzimləmə ilə bağlı danışıqlar aparılacaq.
Aİ 2050-ci ilə qədər bütün sektorları və nəqliyyat vasitələrini sıfır emissiya etməyi hədəfləyir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya