Avropa İttifaqı Ukraynaya milyardlarla avro kredit verəcək

2022-09-03 14:33:00

Avropa İttifaqı Ukraynaya milyardlarla avro kredit verəcək

Hurriyyet.az xəbər verir ki, gələn həftə Avropa İttifaqı Ukraynaya 5 milyard avro həcmində yeni maliyyə paketi ayıracaq. Bu barədə məlumatı “Blumberq” (“Bloomberg”) nəşri planla tanış olan avropalı diplomatlara istinadla yayıb. Nəşrin yazıdığına görə, pul vəsaiti Kiyevə maaşlar və güzəştli ödənişlər də daxil olmaqla zəruri xərclər üçün lazımdır.

Bu vəsait hələ may ayında vəd edilən 9 milyard avroluq paketə daxildir. Brüssel ilə Berlin arasındakı fikir ayrılığı səbəbindən indiyə kimi Kiyevə yalnız bir milyard avro verilib. Almaniya geri ödənişi olmayan qrantların verilməsində israr edir – çünki, borcun artması Ukrayna iqtisadiyyatına daha ağır zərbəyə çevriləcək. Avropa Komissiyası isə üzv ölkələrin təqdim elədiyi, daha yüksək təminatlı güzəştli kreditlərvariantını optimal hesab edir.

Nəticədə, Macarıstandan başqa, bütün Aİ üzvləri Ukrayna üçün uzunmüddətli kreditlər şəklində daha 5 milyard makromaliyyə yardımına təminat verməyə razı olublar.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.110325