Avropa İttifaqı Trampın qələbəsi ilə bağlı təcili iclas çağırır
2024-11-06 13:24:04
Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqının liderləri ABŞ-da keçirilən seçkilərdə Donald Trampın qələbə qazanmasından sonra hansı addımları atacaqlarını müzakirə etmək üçün, 7-8 noyabr tarixlərində Budapeştdə təcili iclas keçirəcəklər.
TASS informasiya agentliyinə məlumat verən mənbə müzakirələrin əsas mövzusunun Aİ ilə ABŞ arasında yeni ticarət müharibəsi riskləri, həmçinin Kiyevin Vaşinqton tərəfindən dəstəklənməsinin azalması ehtimalı məsələləri olacağını bildirib.
Hürr Tərcüman