Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiya paketini açıqladı

2022-06-03 13:57:00

Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiya paketini açıqladı

Avropa İttifaqı (Aİ) iyunun 3-də neftə qismən embarqo da daxil olmaqla, anti-Rusiya sanksiyalarının altıncı paketinin təsdiqini elan edib.
Qeyd olunur ki, yeni məhdudlaşdırıcı tədbirlər Rusiya Federasiyası üçün konsaltinq, audit və PR xidmətlərinin qadağan edilməsini nəzərdə tutur.
Bundan əlavə, söhbət “Rossiya-24”, “RTR-Planeta” və “TV-Center” telekanallarının Aİ-də yayımının kəsilməsindən gedir. Eyni zamanda, Bolqarıstan və Xorvatiya üçün Rusiyadan neft və neft məhsullarının dənizə daşınmasına qoyulan qadağadan müvəqqəti istisna tətbiq edilib.
Aİ ölkələrinin səfirləri bir gün əvvəl Rusiyaya qarşı yeni sanksiyalara dair hüquqi sənədlərin mətnini təsdiqləyiblər. Aİ-nin altıncı sanksiya paketi üç Rusiya və bir Belarus bankının SWIFT- sistemindən ayrılmasını, həmçinin dəniz yolu ilə daşınan Rusiya neftinin idxalına tətbiq edilən neftə qismən embarqonu nəzərdə tutur. Aİ həmçinin Rusiyaya kimyəvi maddələrin və yüksək texnologiyaların ixracına məhdudiyyətləri artırıb və sanksiyalara məruz qalan Rusiya vətəndaşlarının siyahısını genişləndirib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya