Saat:01:34
Haqqımızda

Avropa İttifaqı Rusiyanın Ukrayna ərazisində keçirdiyi seçkiləri tanımır

2021-09-21 17:56:00

Avropa İttifaqı Rusiyanın Ukrayna ərazisində keçirdiyi seçkiləri tanımır

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı Rusiyanın qanunsuz ilhaq elədiyi Krım, Sevostopol və digər ərazilərdə keçirdiyi seçkiləri tanımadığını bildirib.

Aİ Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borrelin ofisindən verilən açıqlamada  Rusiyadakı 17-19 sentyabr tarixindəki seçkilər barəsində deyilir: “İşğal altındakı Krım yarımadasında keçirilən qondarma seçkiləri tanımırıq”.

“Rusiyanın Ukraynanın Donetsk və Luqansk bölgələrinin hökumət tərəfindən nəzarət edilməyən hissələrini seçkilərə daxil eləmək qərarı Minsk razılaşmasının ideyasına və hədəflərinə ziddir. Aİ Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməkdədir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR