Avropa İttifaqı: “Rusiya bundan şantaj aləti kimi istifadə edir”

2022-04-27 16:23:00

Avropa İttifaqı: “Rusiya bundan şantaj aləti kimi istifadə edir”

Hurriyyet.az “Anadolu Agentliyi”nı istinadla  xəbər verir ki, Avropa İttifaqı Polşa ilə Bolqarıstana gedən qazı kəsdiyinə görə Rusiyanı tənqid edib, bu qərarı “ədalətsiz və qəbuledilməz addım” adlandırıb.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib: “Bəlli olduğu kimi, Rusiyanın “Qazprom” şirkəti birtərəfli qaydada Avropa istehlakçılara qaz tədarükünü dayandırıb. Bu, ancaq Rusiyanın təbii qazdan  şantaj aləti kimi istifadə eləmək cəhdidir”.

Leyen deyib: “Bu vəziyyət Rusiyanın təbii qazın etibarsız tədarükçüsü olmasını növbəti dəfə nümayiş etdirir. Biz belə ssenariyə hazırıq”.

Avropa Komissiyasının sədri alternativ qaz tədarüklərinin təminatı və ehtiyatların saxlanması üçün Brüsselin Avropa İttifaqının bütün üzv ölkələri ilə sıx təmasda olduğunu qeyd edib: “Aİ ölkələri gözlənilməz hallara qarşı planlar hazırlayıblar. Bu təşəbbüslər çərçvəsində qaz məsələsi ilə bağlı məşvərət keçirilib”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya