Saat:05:16
Haqqımızda

Avropa İttifaqı rəhbərliyi xəyanətdə ittiham edildi

2021-09-23 12:15:00

Avropa İttifaqı rəhbərliyi xəyanətdə ittiham edildi

 

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban ilə Çexiyanın Baş naziri Andrey Babiş Avropa İttifaqının qaçqın siyasətinə etirazını bildiriblər. Hökumət başçıları əfqan qaçqınlara yer verilməsinin lazım olduğunu bildirən Avropa İttifaqı rəhbərliyini “xəyanət”də ittiham ediblər.

Orban çexiyalı qaçqınların daxil olmasının qarşısını almaq üçün Macarıstan-Serbiya sərhədinə çəkilmiş tikanlı məftillərin olduğu əraziyə həmkarı Andrey Babiş ilə birlikdə səfər edəndən sonra jurnalistlərə açıqlamalar verib. 

Qarşıdakı dövrdə Əfqnıstanı tərk edən insanların Macarıstana getmək istəyəcəyini bildirən Orban bu səbəbdən sərhəddə köçkün təzyiqinin artacağını deyib.

Orban ölkə sərhədinə çəkilən məftil çəpərlərin güclü olduğunu və ehtiyac yaranacağı təqdirdə, bölgəyə daha çox qüvvə göndəriləcəyini vurğulayaraq deyib: “Zəif nöqtə Brüsseldir. Çünki Avropa İttifaqı Əfqanıstandan gəlmək istəyən şəxslərin daxil olmasına icazə verilməsini tələb edir. Bu, xəyanətdir”.

Orban Avropa daxilində hər kəsin daha təhlükəsiz yaşaya bilməsi üçün minlərlə insanın sərhəddə çalışdığını söyləyərək əlavə edib: “Brüssel isə Macarıstana və avropalılara xəyanət edir. Biz burada bütün Avropanı qoruyuruq və ümid edirəm ki, Əfqanıstandan buraya insanların gətirilməsi planını dayandırmağı bacararıq”.

Çexiyanın Baş naziri Andrey Babiş isə Aİ-nin insan qaçaqmalçılarına qarşı mübarizə eləməsinin və qaçqın axınının Avropadan xaricdə dayandırılmasının lazım olduğunu bildirib. Babiş dəniz sərhədlərinin də qorunmasına diqqəti artırmaq lazım olduğunu deyib.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR