Avropa İttifaqı ordusu yaranacaqmı?
2021-09-21 16:08:00
Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının mətbuat nümayəndələrindən olan Nabia Massrali gündəlik mətbuat konfransında son dövrdə yenidən barəsində xəbərlər yayılan “Avropa” ordusu qurmaq ideyası barəsində açıqlama verib.
Massrali deyib: “Avropa ordusu məsələsi hazırda gündəmdə deyil. Hazırda fəaliyyətimiz üzv ölkələrin müdafiə sənayelərinin gücləndirilməsinə və tərəfdaşlarımızla əməkdaşlığın inkişafına yönəlib”.