Avropa İttifaqı Moldovanın ordusunu qüvvətləndirir – onmilyonlarla avro ayrılır
2023-04-28 17:24:00

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər Şurasının aprelin 28-də keçirilən iclasında Moldova Milli Ordusunun gücləndirilməsi üçün 40 milyon avro həcmində yeni yardım paketi ayrılması qərara alınıb. Bu barədə məlumat Moldova Respublikasının Müdafiə Nazirliyinin saytında yerləşdirilib. Sənəddə 40 milyon avroluq yardımın Avropa fondu (EPF) vasitəsilə veriləcəyi bildirilir.
Qeyd edək ki, bir müddət əvvəl Moldova hökumətinin dövlət katibi Artur Mija ölkəsinin yaxın zamanda MDB ilə bir çox müqavilələrdən imtina etməyi planlaşdırdığını bəyan etmişdi.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya