Avropa İttifaqı Liviyaya hərbçi göndərməyi planlaşdırır

2021-07-19 17:55:00

Avropa İttifaqı Liviyaya hərbçi göndərməyi planlaşdırır

Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqı Liviyaya hərbi missiya göndərmək planı üzərində çalışır.

Brüsseldə fəaliyyət göstərən “Euobserver” saytının verdiyi xəbərə görə, Aİ bu hərbi missiya vasitəsi ilə Liviyadakı digər qüvvələrlə rəqbət edə biləcək nüfuz sahibi olmağı planlaşdırır.

Sayt Aİ-nin 1 iyul tarixli hesabatından sitat gətirib: “Liviyada sülh prosesi üçün yaraqlıların silahları müsadirə olunmalı, onlar yenidən cəmiyyətə inteqrasiya etməli, ölkədə təhlükəsizlik sektorunda islahatlar aparılmalıdır”.

Hazırda Avropa İttifaqının qarşıdakı aylarda Şimali Afrikada böyük miqyasda əməliyyatlar üçün hazırladığı planları bitirmək üzrə olduğu, planların regionda insan və silah ticarətinin kökünü kəsməyi də hədəfə aldığı bildirilir.

Hesabatda deyilir: “Bu çərçivədə hərbi fəaliyyət sahəsinin tamailə üçüncü ölkələrin ixtiyarına verilməməsi üçün Avropa İttifaqı Hərbi Ortaq Təhlükəsizlik və Müdafiə Siyasəti öhdəliyi müzakirə edilməlidir”.

Hesabatda  Liviya rəhbərliyinin “sərhədlərində Aİ-nin dəstəyinə ehtiyac  olduğunu bildirdiyi” qeyd edilir. “Liviya rəhbərliyi qəbul eərsə, bu ölkənin torpaqları üzərində Aİ-nin havadan müşahidə vasitələri üçün üçüş hüququ əldə eləmək imkanı yarada bilir”.

Xəbərdə Aİ olan diplomatların planı qısa müddət ərzində müzakirə edəcəkləri, lakin Komissiyanın bu planları hələlik rəsmi təklif olaraq təqdim eləmədiyi qeyd edilib.