Avropa İttifaqı hibrid kiperhücumlardan qorunması üçün Ermənistana 12 milyon avro verəcək
2025-12-02 12:30:09
Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı hibrid kiberhücumların qarşısını almaq üçün Ermənistana 12 milyon avro ayıracaq.
Avropa İttifaqı (Aİ) 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərindən əvvəl potensial hibrid təhdidlərin qarşısını almaq, eləcə də kibertəhlükəsizliyi gücləndirmək üçün Ermənistana 12 milyon avro ayırmağı planlaşdırır.
Bu barədə Aİ-nin genişlənmə siyasəti üzrə komissarı Marta Kos jurnalistlərə məlumat verib.
Hürr Tərcüman
