Avropa İttifaqı Gürcüstanı siyasi birliyə çağırdı - status verilməsini ləngidən səbəblərdən biri Prezidentlə Baş nazir arasındakı gərginlikdirmi?

2022-06-23 13:15:00

Avropa İttifaqı Gürcüstanı siyasi birliyə çağırdı - status verilməsini ləngidən səbəblərdən biri Prezidentlə Baş nazir arasındakı gərginlikdirmi?

Hurriyyet.az xəbər verir ki, Avropa Komissyasının Prezidenti Ursula fon der Lyayen Avropa Parlamentinin plenar iclasındakı çıxışı zamanı Gürcüstanın uğur qazanması üçün siyasi cəhətdən birləşməli olduğunu söyləyib.

Xanım Lyayen deyib: “Ukrayna, Moldova və Gürcüstan bizə müraciət edərək Avropaya daxil olmaq istədiklərini bildiriblər. Bu ölkələr dəyişikliklər, daha çox demokrtiya, azadlıq və güclü islahatlar arzuladıqlarını bizə bildirirlər. Avropaya qoşulmaq istədiklərini bildirirlər. Bizim onların qarşısında məsuliyyətimiz var. Lakin biz həm də düzgün seçimə görə məsuliyyət daşıyırıq”.

O, Gürcüstanda siyasi birliyin əldə edilməsinin mühümlüyündən danışıb: “Ukrayna ilə Moldova kimi Gürcüstan da eyni potensiala malikdir, eyni dərəcədə səy göstərir... Lakin ölkə uğur qazanmaq üçün ilk növbədə siyasi birlik əldə eləməlidir. Aİ-nin struktur islahatlarına dəqiq yol xəritəsi hazırlamalıdır. Müvafiq islahatları nəzərdə tutan yol vətəndaş cəmiyyətini birləşdirir və geniş siyasi dəstəyə malkdir. Məhz buna görə də biz Avropa İttifaqına Gürcüstana Avropa perspektivini təqdim eləməyi və status təqdim edilənə qədər ölkənin zəruri şərtlərə nə dərəcədə cavab verdiyini qiymətləndirməyi tövsiyə edirik. Ukrayna, Moldova və Gürcüstanın nə qədər irəliləyə biləcəkləri ilk növbədə onların fəaliyyət və tərəqqisindən asılıdır”.

Xəbər verdiyimiz kimi, Gürcüstanda dövlət və hökumət başçıları arasında gərginlik getdikcə artmaqdadır. Dünən  Gürcüstan Prezidenti Salome Zurabaşvili Baş nazir İrakli Qaribaşvilinin parlamentdəki çıxışını tənqid edərək, “absurd və təhqiredici” çıxış adlandırmışdı: “Onlar (Avropa İttifaqı – red.) gözləyirdilər ki, bizim tövsiyələri oxumaq və öhdəlikləri ilin sonuna qədər yerinə yetirməyə hazır olduğumuzu ifadə edən siyasi istəyimiz səsləndirilsin. Lakin Qaribaşvilinin parlamentdə söylədikləri hamını çaş-baş qoydu”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya