Saat:01:11
Haqqımızda

Avropa İttifaqı: “Fələstinlilərin evlərinin yıxılması sülh ümidlərini baltalayır”

2021-11-27 15:19:00

Avropa İttifaqı: “Fələstinlilərin evlərinin yıxılması sülh ümidlərini baltalayır”

Hurriyyet.az xəbər verir ki, Avropa İttifaqı fələstinlilərə məxsus ev və idarələrin İsrail məmurları tərəfindən yıxdırılmasının beynəlxalq hüquqa zidd olduğunu və sülh ümidlərini baltaladığını açıqlayıb.

Qüdsdəki Avropa İttifaqı ofisinin rəsmi “Tvitter” hesabındakı açıqlamada İsrailin Qüds, Əl Xəlil, Ramallah və Nablus bölgələrində 23 noyabr çərşənbə günü tarixində fələstinlilərə məxsus ev, tövlə və hələlik tikilməkdə olan binaları yıxdığı bildirilir.

Həmin gün evlərin yıxılması səbəbindən 15 nəfəri uşaq olmaqla 22 fələstinlinin evsiz qaldığı bildirilir.

Açıqlamada fələstinlilərə məxsus ev və binaların yıxılması hallarının 2021-ci ilin ilk 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 21 faiz artdığı, evlərindən zorla köçürülən fələstinlilərin sayının ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz çoxaldığı bildirilir.

Açıqlamada bu addımların beynəlxalq hüquqa zidd olduğu və sülh ümidlərini baltaladığı vurğulanır.

İsrail hökuməti İordan çayının qərb sahilindəki “C bölgəsi” ilə Şərqi Qüdsdə “tikinti icazəsi” olmadığı bəhanəsi ilə fələstinlilərə məxsus evləri zaman-zaman yerlə bir edir.

Fələstinlilər isə “tikinti icazəsi” almaq üçün bəzən illərlə gözləməli olurlar.

Fələstindəki “Torpaq araşdırmaları mərkəzi” olan QHT-nin oktyabr ayının əvvəlində dərc elədiyi hesabatında işğalın başlandığı 1967-ci ildən bəri İordan Çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə məxsus 11 900 evi yıxdığı, 73 min nəfəri isə didərgin saldığı bildirilmişdi.

 

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR