“Avropa İttifaqı Ermənistan ərazisini dəqiq müəyyənləşdirib” – Paşinyan
2023-02-09 13:28:00

Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan fevralın 8-də ölkə parlamentindəki çıxışı zamanı Ermənistana KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) yox, Aİ (Avropa İttifaqı) missiyasını çağırdığını əsaslandırmağa çalışıb.
Paşinyan deyib: “Bizim KTMT-dəki tərəfdaşlarımız əlbəttə ki, təklifin qüvvədə olduğunu bəyan ediblər və biz buna görə minnətdarıq. Lakin KTMT-nin qarşısında qəti şərt qoyduq – KTMT-nin Ermənistandakı məsuliyyət zonası müəyyənləşdirilməlidir. Biz cavab almadıq.
Aİ missiyasının göndərilməsi isə mümkün oldu. Çünki Aİ Praqa görüşünün gedişində Ermənistan ərazisini aydın şəkildə müəyyənləşdirdi və onlar həmin ərazidə monitorinq aparmağa gəldilər”.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya