"Avropa İttifaqı dağıla bilər!"

2022-05-10 19:36:00

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, 3 gündə bitəcəyi deyilən, lakin aylarla davam edən Rusiya-Ukrayna müharibəsi Avropada fəsadlar doğurmaqdadır. Sanksiyalarda nəticə əldə eləməyən Avropa dövlətləri nəzərlərini Almaniyaya çeviriblər. Mütəxəssislər Almaniya dövlətinin bu müharibədə ən çətin vəziyyətdə qalacağını güman edirlər.

"Rusiya-Ukrayna müharibəsi Avropa İttifaqını dağıda bilər!"

Türkiyəli ekspert, professor Salih Yılmaz bu məsələ ilə bağlı mətbuata açıqlamasında deyib: “Ukraynadakı müharibə Almaniya üçün mənfi nəticələr doğura bilər. Ukrayna müharibədən məğlub çıxarsa, bir çox Avropa İttifaqı ölkəsi Almaniyanı müqəssir hesab edə və nəticədə Avropa İttifaqı dağıla bilər. Müharibə uzun müddət davam edərsə, Almaniya iqtisadi çətinliklərlə qarşılaşacaq”.

Almaniyanın Baş naziri Olaf Şolts Rusiyanın Almaniyaya Ukraynaya silah tədarük eləməkdən başqa çıxış yolu qalmadığını söyləyib. Almaniyanın Baş naziri Berlinin Kiyevi dəstəkləməyə davam edəcəyini söyləyib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya