Saat:12:09
Haqqımızda

"Avropa ilə Rusiya arasına dəmir pərdə çəkilməsinə yol vermək olmaz"

2024-10-30 15:51:56

Hurriyyet.az xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fitso "Rossiya1" telekanalına müsahibəsi zamanı Rusiya ilə Avropa arasında dəmir pərdə siyasətinin yolverilməz olduğunu söyləyib. O, Rusiya ilə Avropa İttifaqı arasındakı münasibətləri qaydaya salmağın zəruri olduğunu bəyan edib. 
Fitso Avropa İttifaqının Rusiyaya, Rusiyanın isə Avropa İttifaqına ehtiyacı olduğunu deyib, Kiyev ilə Moskvanın qarşıdurmasından danışarkən istənilən münaqişənin danışıqlar masasında başa çatacağını bəyan edib. Fitso 2025-ci il mayın 9-da Moskvaya səfər etməyi özünə borc bildiyini söyləyib: "Qırmızı Orduya minnətdarlığımı bildirəcəyəm. II Dünya müharibəsinin başa çatmasının, ən əsası, faşizm üzərində qələbənin 80 illiyinin qeyd ediləcəyi tədbirdə iştirakı özüm üçün şərəf hesab edərəm".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.204486