Saat:03:38
Haqqımızda

Avropa Gürcüstandan üz döndərməyə başlayır? - "Namizədlik statusundan məhrum edilsin"

2024-05-01 17:05:24

Avropa Gürcüstandan üz döndərməyə başlayır? -

Hurriyyet.az xəbər verir ki, "Xarici təsirin şəffaflığı" qanununun gürcü parlamentində qalmaqallı müzakirələri fonunda Avropa parlamentinin deputatı  Viola fon Kramon Gürcüstanı Avropa İttifaqına üzvlüyə namizəd statusundan məhrum eləməyə təklif edib.  Deputat xanım bu təklifini X sosial şəbəkəsində bəyan edib. Onun sözlərinə görə, Gürcüstan "konkret nəticələrlə" qarşılaşmalıdır.
Tbilisinin Aİ üzvlüyünə namizəd statusundan məhrum edilməsi, Avropa təşkilatları tərəfindən maliyyələşdirmənin dayandırılması, hakim "Gürcü arzusu" partiyasının əsasını qoymuş Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiq edilməsi, həmçinin xarici təsir barəsində qanunun lehinə səs vermiş deputatların Avropaya gedişinə qadağa qoyulması təklif edilir.
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.316474