Saat:00:40
Haqqımızda

Avropa dövləti “Qazprombank”da rublla hesab açdı – Avro ilə dollara “əlvida”?

2022-05-21 14:21:00

Avropa dövləti “Qazprombank”da rublla hesab açdı – Avro ilə dollara “əlvida”?

Hurriyyet.az “Star” nəşrinə istinadla xəbər verir ki, Avropa İttifaqının Rusiyaya qarşı maliyyə sistemi və enerji sahələrində sanksiyalarına cavab olaraq, Rusiyanın öz məhsullarını rublla satmaq qərarını verməsi avro və dolların əleyhinə işləyib.

Avstriyanın neft və qaz holdinqi olan OMV şirkətindən verilən açıqlamada Rusiyadan təbii qaz idxalını ödəmələri üçün avro və dollar əvəzinə “Qazprombank”da rublla hesabı açdığını bildirib.  Təbii qazın 80 faizə qədərini Rusiyadan idxal edən Avstriya ödəmələrində avro ilə dollardan istifadə eləməyəcək.

Sanksiyalara etiraz edən Macarıstan da istehlak elədiyi neftin 65%-ni Rusiyadan alır. Avropa ölkələrinin yaxın tarixdə Rusiya ilə enerji əlaqəsini kəsməsi imkansız görünür.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR