"Avropa dəyərləri" dedikləri nəsnə geosiyasi ambisiyaların əsarətindədir" - NURLAN QƏLƏNDƏRLİ

2022-06-01 15:13:00

"Qoca qitə"də təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir"

"Avropada müsəlmanların təqib və təhqir olunması artıq tendensiyaya çevrilib. Üstəlik, bu hərəkətlər spontan deyil, əvvəlcədən planlaşdırılmış qaydada və müəyyən siyasi dəstək əsasında edilir. Son hadisə zamanı polisin Quranı yandıranlara deyil, ona etiraz edənlərə müdaxilə etməsi, İsveçin baş nazirinin "Ölkədə insanlara öz fikirlərini azad ifadə etməyə imkan yaradılır. Fərqi yoxdur, bunlar yaxşı fikirlərdir, yoxsa pis. İfadə azadlığı demokratiyanın ayrılmaz tərkib hissəsidir. Fikrə necə yanaşmağınızdan asılı olmayaraq, zorakılıq göstərməli deyilsiniz" deməyi bu reallığı təsdiqləyir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Nurlan Qələndərli bildirib.

Politoloq qeyd edib ki, Avropanın mərkəzində insanlar sosial-iqtisadi məsələlərlə əlaqədar öz tələblərini, fikirlərini ifadə edəndə zorakılığa məruz qalırlar: "O zaman ifadə azadlığı, demokratiya yada düşmür?! Əlbəttə, belə ssenarilərin tətbiqində məqsəd beynəlxalq ictimaiyyətin nəzərində müsəlmanlara qarşı “barbar” obrazı formalaşdırmaq və İslam coğrafiyasına geosiyasi müdaxilələr üçün şərait formalaşdırmaqdır. Bu, həm də onu göstərir ki, “qoca qitə”də təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir. Nəhayət, “Avropa dəyərləri” dedikləri nəsnə yenə də geosiyasi ambisiyaların əsarətindədir.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya