Avropa çempionatı: Azərbaycanın minifutbol yığması final oyununa çıxır
2022-06-11 10:57:00

Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxacaq.
Hurriyyet.az-ın məlumatına görə, Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə 22:15-də start götürəcək. Yığma B qrupundakı ilk oyununda bu rəqibə 0:2 hesabı ilə uduzub.
Üçüncü yer uğrunda görüşdə isə Qazaxıstan Bolqarıstanı sınağa çəkəcək. Bu matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Azərbaycan millisi yarımfinalda Qazaxıstana 3:2, Rumıniya isə Bolqarıstana 4:0 hesabı ilə qalib gəlib.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya