Saat:02:49
Haqqımızda

Avropa Birliyinin mesajı erməniləri təşvişə saldı – “Batdıq”

2024-09-12 13:52:19

Avropa Birliyinin mesajı erməniləri təşvişə saldı – “Batdıq”

Ermənistan və Avropa Birliyi (AB) viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlara rəsmi başlandığını elan edib. Bu barədə İrəvanda olarkən Avropa Komissiyasının vitse-prezidenti Marqaritis Şinas bildirib.

Teleqraf.com xəbər verir ki, bu haqda Ermənistanın “Past” qəzeti yazır.

“Viza rejiminin liberallaşdırılması dialoqunun başlanması siyasi səviyyədə mühüm, tarixi gündür. Bu, Avropa Birliyinin Ermənistana sadiq münasibətinin növbəti təzahürü kimi qiymətləndirilməlidir”, - vitse-prezident bildirib.

Şinas X sosial şəbəkəsində də məsələ ilə əlaqədar diqqətçəkən bir paylaşım da edib:

“Viza rejiminin liberallaşdırılması, təhlükəsizlik dəstəyi, artım və sabitlik proqramı, insanlar arasında mübadilə”.

Erməni nəşri hesab edir ki, onun bu sözlərini Qərbin Ermənistan ordusuna nəzarəti, kreditlər və qrantlar vasitəsilə təzyiqi, gənclərin kütləvi şəkildə Avropaya axını kimi qiymətləndirmək olar:

“Əlbəttə, Qərbin bir nömrəli məqsədi Ermənistanın Rusiya ilə əlaqələrini kəsməkdir.

Qərbin məqsədi Ermənistandan rus dilini, sərhədçiləri, hərbi bazanı, ortaq tarixi çıxarmaq, onu təmaslardan məhrum etməkdir. Buna nail olsalar, “vizasız səfərlər”lə böyük uçurumu bağlayacaqlar. Əlbəttə, hər şey Ermənistan batana qədərdir.

Bundan əlavə, “vizasız səfərlər”lə bağlı söhbətlər mifdir, viza rejiminin liberallaşdırılması illərin işidir”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.199795