"Avropa Birliyinə üzvlük yenidən Türkiyə cəmiyyətində aparıcı xəttə çevrilir" - XAQANİ CƏFƏRLİ

2022-04-15 11:54:00

"İran istisna olmaqla, qonşularımızın hamısının AB-yə üzv olmaq istədiyi bir zamanda Avroatlantik kurs əvəzinə Şərqə intiqrasiyanı təklif edənlərin məntiq və dünya görüşlərini anlamaq mümkün deyil"

"Almaniyanın Marşall Fondu mart ayında Türkiyənin 27 bölgəsində 2180 iştirakçının arasında rəy sorğusu keçirib. Rəyi soruşulanların 47.7 faizi Azərbaycanı, 15.4 faizi Almaniyanı, 13.8 faizi Rusiyanı Türkiyənin müttəfiqi kimi gördüyünü bəyan edib. Göründüyü kimi, Azərbaycanı müttəfiq kimi görənlər rəyi soruşulanların yarısını təşkil etmir. Söhbət ancaq müttəfqlikdən gedir". Hurriyyet.az xəbər verir ki, bunu politoloq Xaqani Cəfərli qeyd edib.

Politoloqun sözlərinə görə, rəyi soruşulanların 58.6 faizi Avropa Birliyinə (AB) üzv olmağın Türkiyə üçün müsbət hadisə olacağını bildirib: "Avropa Birliyinə üzvlüyü ən çox dəstəkləyənlər Z nəsil arasında müşahidə olununb. 18-24 yaşlıların 72.8 faizi Türkiyənin Avropa Birliyinə üzvlüyünün müsbət seçim olacağı qənaətindədir. "Avropa Birliyinə üzvlük üçün referendum bu bazar günü keçirilsəydi necə səs verərdiniz" sualına cavab verənlərin 61.4 faizi "evet", 29.6 faizi isə "hayır" deyəcəklərini bildiriblər. Avropa Birliyinə "evet" demək istəyənlərin ən yüksək faizi Z nəsli arasında müşahidə olunub. 18-24 yaşlılarıın 75 faizi referendum olacağı halda "evet" deyəcəyini bildirib".

Xaqani Cəfərlinin fikrincə, aydın görünür ki, Türkiyə siyasi islamçıların hakimiyyətindən əvvəlki dövrə qayıdır və Avropa Birliyinə üzvlük yenidən cəmiyyətdə aparıcı xəttə çevrilir: "Türkiyədə parlament üsul-idarəsinin bərpası üçün birləşən 6 müxalifət partiyasının da hədəfi Avropa Birliyinə üzvlükdür. Azərbaycanda isə Türkiyənin gündəmində olmayan birliyi Azərbaycan cəmiyyətinin aparıcı xəttinə çevirmək, onu çaşdırmaq istəyirlər. Avroatlantik məkana inteqrasiyanı rəhbərlik etdiyi partiyanın proqramından çıxarıb Türkiyə ittifaqını hədəf kimi seçəcəklərini bəyan edən siyasətçi var. İran istisna olmaqla, qonşularımızın hamısı, o cümlədən Türkiyə Avropa Birliyinə üzv olmaq istədiyi bir zamanda Avroatlantik kurs əvəzinə Şərqə intiqrasiyanı təklif edənlərin məntiq və dünya görüşlərini anlamaq mümkün deyil".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya