Saat:22:28
Haqqımızda

"Avqustun 25-də hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğanı gözləyəcəyik...” - DATÜB ZƏFƏR YÜRÜŞÜNƏ QATILACAQ

2022-08-18 18:45:00

Dünya Ahıska Türkləri Birliyi (DATÜB) hər il olduğu kimi, bu il də Anadolunun Fəthi, Malazgirt Zəfərinin 951-ci ildönümü tədbirlərində iştirak edəcək.

Hurriyyet.az bu barədə DATÜB-ün mətbuat xidmətinə istinadən xəbər verir.

Qeyd edək ki, Anadolunun Fəthi, Malazgirt Zəfərinin 951-ci ildönümü 23-25 ​​avqust tarixlərində Bitlisin Ahlat və Muşun Malazgirt bölgələrində Türkiyə Prezident Administrasiyasının təşəbbüsü ilə keçiriləcək.

“Malazgirt Zəfəri ilə millətimizin tarixi yürüşü və tərəqqisi sürətlənmiş, min ildir vətən olan və qiyamətə qədər vətən olaraq qalacaq Anadolunun kilidi açılmışdır. Bu qələbədən sonra zülm yerini ədalət, düşmənçiliyin yerini qardaşlıq, nifrət yerini sevgi tutdu. Malazgirt ruhu bizləri bir-birimizə sıx bağlayan çox güclü bir bağ olmuşdur”, - deyə DATÜB-dan bildirilir.

Birliyin mətbuat xidmətindən daha sonra əlavə olunur: “Axısxa Türkləri olaraq Başqanımız cənab Ziyəddin Kassanovun rəhbərliyi ilə Malazgirt Zəfərinin 951-ci ildönümü münasibəti ilə keçiriləcək bu mübarək yürüşdə yerimizi alaraq, avqustun 25-də hörmətli prezidentimiz Rəcəb Tayyib Ərdoğanı gözləyəcəyik”.

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR