“AVQUSTUN 2-ci YARISIDIR, MƏN SAĞAM...” - Priqojinin yeni videosu yayıldı + VİDEO

2023-08-31 12:47:20

“AVQUSTUN 2-ci YARISIDIR, MƏN SAĞAM...” - Priqojinin yeni videosu yayıldı + VİDEO

Avqustun 23-də təyyarəsi partladılan və iki gün öncə dəfn edildiyi bildirilən “Vaqner” başçısı Yevgeni Priqojinin yeni videosu yayımlanıb.

Hurriyyet.az xəbər verir ki, “Vaqner”-ə yaxın “Grey Zone” kanalının yayımladığı videoda Priqojin avtomobildə hərəkət edərkən sağ olduğunu deyir: “Mənim sağ olub-olmadığımı, işlərimin necə olduğunu müzakirə edənlərə - indi avqustun ikinci yarısı, istirahət günləridir. Afrikadayam. Ona görə də mənim ləğv edilməmi, intim həyatımı, gəlirlərimi və daha nələrisə müzakirə edənlərə(deyirəm) hər şey qaydasındadır”.

Videonu paylaşan kanal ona heç bir şərh yazmayıb. Onun nə zaman lentə alındığı da dəqiq bəlli deyil. Priqojinin dediyi “avqustun ikinci yarısı və istirahət günü” avqustun 19-20-si, yaxud 26-27-si ola bilər.

Priqojinin videoda iki dəfə “sağam” deməsi videonun onun rəsmi ölüm tarixi olan avqustun 23-dən sonra çəkildiyinə dair şübhələr yaradır.

Lakin Rusiyanın hərbi dairələrə yaxın kanalları videonun avqustun 19-20-də çəkildiyini bildirirlər. Əgər elədirsə, nədən Priqojinin dönə-dönə sağ olduğunu təkrarlaması müəmmalı görünür. Çünki avqustun 20-nə qədər ona qarşı sui-qəsd, yaxud onun öldürüldüyü barədə hər hansı xəbər yayılmamışdı...

Xatırladaq ki, avqustun 23-də – vaqnerçilərin qiyamından düz 2 ay sonra – Bakı vaxtı ilə saat 19:20-də Rusiyanın Tver vilayətinin Kujenkino qəsəbəsi ərazisində “Vaqner” özəl hərbi şirkətinin qurucusu və rəhbəri Yevgeni Priqojına məxsus “Embraer Legacy 600” biznes təyyarəsi qəzaya uğrayıb. Hava gəmisinin göyərtəsində çətənin başçısından başqa 6 sərnişin, o cümlədən dəstənin komandiri Dmitri Utkin və 3 ekipaj üzvü olub. Ümumilikdə 10 nəfərin öldüyü qəzadan, rəsmi məlumata görə, sağ çıxan olmayıb. KİV-də qəzaya raket hücumunun və ya daxili partlayışın səbəb olduğu barədə məlumatlar yayılıb. Eyni gün Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 263-cü maddəsi ("Təyyarənin istismarı qaydalarının pozulması") üzrə cinayət işi başlanıb.

Daha öncə CNN telekanalı Priqojinın təyyarəsinin gövdəsinin qəza anınadək, demək olar, zədəli olmadığını, yerə çırpılmadan öncə yalnız qanadının qopmuş olduğunu müəyyənləşdirib.

Rusiyanın İstintaq Komitəsi “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojının ölümü rəsmən təsdiqləyib.

“Tver vilayətində baş verən təyyarə qəzasında həlak olanların kimliyinin müəyyənləşdirilməsi başa çatıb, onların arasında Priqojin da var”, - qurum açıqlayıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.144476