Saat:18:29
Haqqımızda

Avqustda Türkmənistanın Avaz şəhərində Mərkəzi Asiya ölkələrinin zirvə sammiti keçiriləcək

2021-07-23 15:56:00

Avqustda Türkmənistanın Avaz şəhərində Mərkəzi Asiya ölkələrinin zirvə sammiti keçiriləcək

Avqustun 6-da Xəzər dənizinin Türkmənistan sahilindəki Avazada keçirilməsi planlaşdırılan Mərkəzi Asiya dövlət başçılarının məşvərət görüşü regional miqyasda bir sıra böyük tədbirlərlə müşayiət olunacaq.

Sammitin tarixi Özbəkistan prezidenti Şavkat Mirzoyevin Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbulundan sonra məlum olub. Özbəkistan rəhbərinin mətbuat xidmətindən bildirilib ki, görüş iyulun 16-da Daşkənddə keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutub.

Zirvə toplantısında, eyni zamanda, region ölkələrinin qadın liderlərinin ilk dialoq tədbiri, eləcə də Orta Asiya ölkələri məhsullarının sərgisi və iqtisadi forum keçiriləcək. Keçən şənbə günü prezident Qurbanqulu Berdiməhəmmədovun sədrliyi ilə keçirilən hökumət iclası bu tədbirlərə hazırlığa həsr olunmuşdu.

Baş nazirin müavini, xarici işlər naziri Rəşid Meredov Orta Asiya dövlət başçılarının məşvərət görüşünün təşkili barədə məlumat verərkən bildirib ki, görüş çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçiriləcək və bundan sonra ortaq sənədlərin imzalanacaq.

Nazirlər Kabineti sədrinin müavini Sərdar Berdiməhəmmədov ticari-iqtisadi sahədə və sənaye sektorlarında Mərkəzi Asiya ölkələrinin inteqrasiya və qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini vurğulamaq üçün hazırlanan iqtisadi forumun proqramı barədə məlumat verib.

Milli Məclisin sədri Gülşat Məmmədova gender siyasətinə, sosial-iqtisadi əlaqələrin inkişafında qadınların roluna, səhiyyə sahəsinə, mədəni və elmi əlaqələrə həsr olunan Mərkəzi Asiya dövlətlərinin qadın liderləri dialoq proqramından danışıb. Bundan əlavə, zirvə çərçivəsində muzey eksponatları və dekorativ-tətbiqi sənət əsərləri, bölgə xalqlarının ənənəvi yemək sərgiləri təşkil ediləcək. Bu barədə baş nazirin mədəniyyət və media üzrə müavini Mehricamal Məmmədova danışıb.

Bayram ab-havası  Mərkəzi Asiya ölkələrinin pop ulduzlarının musiqili şouları ilə təqdim olunacaq.

Tamaşalar Türkmənbaşı şəhərinin Ruhiyət sarayında və Avazada fəvvarələr olan sahil parkında baş tutacaq. “Milli turizm zonası Avaz tarixən əhəmiyyətli beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevriləcək və öz yüksək statusuna tam cavab verməlidir",  Qurbanqulu Berdiməhəmmədov  deyib.

Hazırladı: Ülviyyə Şükürova

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR