Saat:16:23
Haqqımızda

AUKUS-un imzalanmasından 10 gün keçməmiş Çinə qarşı yeni ittifaq qurulur?

2021-09-23 16:07:00

AUKUS-un imzalanmasından 10 gün keçməmiş Çinə qarşı yeni ittifaq qurulur?

Hurriyyet.az “Aksam.com.tr” portalına istinadən xəbər verir ki,  sentyabrın 15-də ABŞ, Britaniya və Avstraliyanın AUKUS hərbi alyansını yaratmasından sonra Çini hədəfə alan yeni bir addım atılır.

ABŞ, Avstraliya, Yaponiya və Hindistan sabah dövlət bə hökumət başçıları səviyyəsində Vaşiqntonda görüş keçirərək yeni bir təhlükəsizlik müqaviləsini müzakirə edəcəklər. Beynəlxalq Fransa radiosu “rfi”nin verdiyi xəbərə görə, bu təhlükəsizlik dialoqu adları çəkilən dövlətlərin Hind-Sakit okeanları ərazisindəki maraqlarını müdafiə eləmək üçün dördlük formatında ilk görüşləri olacaq. Xəbərdə deyilir: “Bu dörd ölkənin xüsusilə də Çinin regiondakı təsirinə daha çox əhəmiyyət verdiyi görünür”.

Ekspertlər bildirirlər: “Hindistan ilə Çin arasındakı sərhəddə baş verən atışmalar, Çinin Hindistanın yaxın çevrəsində, xüsusilə də Pakistanda siyasi və iqtisadi nüfuzunun artması,  çinlilərin Hind okeanı da daxil olmaqla hərbi qüvvələrini yaymaq niyyətlərini gizlətməməsi dialoqun yaranmasına təsir edib”.

Xəbərdə, Çin ilə ticarət müharibəsi vəziyyətində olan Avstraliyanın Yeni Dehli ilə eyni yolu getməsindən bəhs edilir. Son bir neçə il ərzində Pekin Avstraliya ilə 20 milyard dollarlıq ticarətə iqtisadi məhdudiyyətlər tətbiq edib. Bu da Avstraliyada köklü dəyişikliklərə səbəb olub.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR