Saat:10:52
Haqqımızda

AUKUS alyansı yarandı, Fransanın NATO-dan çıxması tələb edildi

2021-09-18 11:30:00

AUKUS alyansı yarandı, Fransanın NATO-dan çıxması tələb edildi

Çinə qarşı hərbi ittifaqın ilk addımı Fransaya qarşı ticarət müharibəsi effekti yaratdı

Fransa dövləti və sənayesi üçün şok hesab edilən 90 milyard dollarlıq itki

Hurriyyet.az xəbər verir ki, sualtı qayıqlarla bağlı sövdələşmənin ləğv edilməsindən sonra Fransada NATO alyansından çıxmaq barəsində təkliflər səsləndirilib.

“France Info” nəşri Fransa ilə ABŞ arasında görünməmiş diplomatik böhran yarandığını bildirib. Bəlli olduğu kimi, Fransanı qəzəbləndirən ABŞ, Britaniya və Avstraliyanın Çinə qarşı yeni AUKUS hərbi alyansının yaradılması səbəbindən Avstraliyanın sualtı qayıqlarla bağlı 90 milyard dollarlıq müqaviləni ləğv edərək, Amerikanın atom sualtı qayıqlarını seçməsi olub.

Fransa Milli Məclisinin deputatı Jan-Lük Melanşon hesab edir ki, Fransa özünü “illüziyalarla ovundurmamalı” və Şimali Atlantika İttifaqından çıxmalı, həmçinin, kosmik təhlükəsizlik sahəsində NATO-nun qabaqcıl təcrübəsi mərkəzinin açılması planlarını bir kənara qoymalıdır. Vaşinqton həmin mərkəzi Fransanın Tuluza şəhərində açmaq niyyətindədir.

Məqalədə yazılır ki, “Naval Qrup” tikinti şirkəti ilə Avstraliya Hərbi Dəniz Qüvvələri arasındakı müqavilənin pozulması, Kanberra, Vaşinqton və London arasındakı strateji razılaşma əldə edilməsinin nəticəsidir.

Fransanın senator və deputatlarının fikrincə, bu hadisə Parisin öz anqlosaks müttəfiqləri ilə əlaqələrini “sual altında qoyur” və onun “ağır nəticələri” ola bilər.

Parlament üzvlərinin birgə bəyanatında deyilir: “ABŞ öz hərbçilərini Əfqanıstandan NATO-dakı tərəfdaşları ilə razılaşmadan çıxardı.Sualtı qayıqlarla bağlı sövdələşmənin Vaşinqtonun ucbatından pozulması — Fransa ilə onun tarixi müttəfiqi arasındakı münasibətlərin dəqiq qiymətləndirilməsinin gərəkliliyini göstərən daha bir hadisədir”.

Məqalədə qeyd olunur ki, Kanberra ilə beş il əvvəl imzalanmış saziş iqtisadi və geosiyasi nöqteyi-nəzərdən çox böyük miqyasa malik idi. Onun ləğv edilməsi Fransa dövləti və sənayesi üçün güclü şok olub.  

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR