ATVİB Fransanın Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz etdi - “BU, AÇIQ TƏXRİBAT VƏ İFTİRADIR…”

2022-11-16 17:01:00

ATVİB Fransanın Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz etdi - “BU, AÇIQ TƏXRİBAT VƏ İFTİRADIR…”

Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyi Fransa Senatında ölkəmizin əleyhinə qəbul edilən qətnamə ilə bağlı bəyanat yayıb. Hurriyyet.az həmin bəyanatı oxucularına təqdim edir:

“Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə layihəsi Fransanın ermənipərəst mövqeyini bir daha ortaya qoymaqdadır. Belə hesab edirik ki, Fransa Senatının qətnaməsi “açıq təxribat” və “iftira” dır.

Qarabağ bölgəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi və ayrılmaz tərkib hissəsidir. Burada yaşayan erməni əsilli əhalinin hüquqları və təhlükəsizliyi Azərbaycanın daxili məsələsidir və bunlar Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq təmin ediləcəkdir.

Fransa Senatının qəbul etdiyi bu qətnamə layihəsi bölgədə sülhü gecikdirməklə birlikdə, Ermənistandakı revanşist qüvvələri həvəsləndirməyə xidmət edir.

Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyi olaraq bəyan edirik ki, Fransa siyasi baxımdan hər zaman Ermənistanı dəstəkləyən tərəfli və qərəzli mövqedə olmuş, bu gün də yenə Ermənistana öz dəstəyini açıq şəkildə sərgiləməktədir.

Fransanın tarixən ölkələr üzərində müstəmləkəçilik siyasətinin olduğunu, heç bir insani dəyərlərə önəm vermədiyi artıq hər birimizə bəllidir. Öz mənafeyi üçün heç bir ölkənin sərhədlərinə və vətəndaşlarına hörmət etməyən Fransa bir daha ermənipərəst mövqedə olduğunu göstərmişdir.

ATVİB olaraq bildirmək istəyirik ki, Azərbaycan Milli Məclisində Fransanın Əlcəzairdə törətdiyi soyqırım və müstəmləkəçilik siyasəti haqqında dinləmələr keçirməklə, Fransa Senatının mövqeyini pisləyən qətnamənin qəbul edilməsi məqsədəuyğun hesab ediləcəkdir.

Bundan əlavə qeyd etmək istəyirik ki, Fransanın hər hansı formada Azərbaycan-Ermənistan danışıqlarında iştirakı yolverilməzdir.

Azərbaycanda yaşayan Axısxa Türklərinin “Vətən” İctimai Birliyi İdarə Heyəti olaraq hər zaman Azərbaycanın haqlı davasında yanında olduğumuzu bildiririk.

Xalid Xəlilov

ATVİB sədri və DATÜB Azərbaycan təmsilçisi”.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.129474